Menu

Bakıda dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

13.12.2021, 18:54
Bakıda dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"də baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol