Menu

"Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir" - Kreml

14.12.2021, 13:59
"Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir" - Kreml

“Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpi arasında videoformatda keçiriləcək sammit fövqəladə dərəcədə vacibdir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdirlər: “Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.

Şərhlər

Eli 2021-12-14 14:43:49

Bu dünyanın axırına böyük dövletlerin “Böyük Liderlerinin” Böyük iddiaları çıxacaq.Sade xalqlar ve milletler ise seyrçi olaraq bu hadiseleri ancaq müşahide etmek iqtidarında olacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol