Menu

Bakıda narkotikin təsiri altında taksi sürən şəxs saxlanılıb - VİDEO

14.12.2021, 17:45
Bakıda narkotikin təsiri altında taksi sürən şəxs saxlanılıb - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən ötən gün keçirilən analoji tədbirlər zamanı qeyd edilən qanun pozuntusuna yol verən 8 belə sürücü aşkar edilib. Onların əməlinə də qanunla nəzərdə tutulan qaydada hüquqi qiymət verilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şərhlər

Eli 2021-12-14 21:25:20

Alah ulu Hüseyn Cavide rehmet eylezin ki,deyib:”Derde bax millete bax,niyyete bax.Ölülerden diriler feyz alacaq”Dehşetdir.Bu gün az az aile olar ki taksi xidmetindem istifade etmesin.Göresen bu “ağıl” sahibi olb taksi işleden adam heeç fikirleşir ki, bınun özü kimi birinin taksi msşınına onun anası,bacısı,yıkdaşı ve ta qızı mine biler ve nu zaman bu “kişi” ne fikirleşer.Kül olsun bunun kişi başına ki nefsine sahib çıxs bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol