Menu

"Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib" - Baş katib

14.12.2021, 19:01
"Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib" - Baş katib

"NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub".

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib", - Stoltenberq bildirib.

Alyans rəsmisi vurğulayıb ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol