"Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması nəzərdə tutulub".
"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr aparılır: "Artıq müəyyən maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".
M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir: "Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir".
Qeyd edək ki, son zamanlar sosial şəbəkədə VMA tərəfindən pul yığılması məsələsi ciddi müzakirə mövzusu olub.


Şərhlər
Yeni təşkilat nə edəcək? Bunun sizdən başqa heç kimsəyə xeyri dəyməyəcək.
Mənim 64 yaşım var və Sumqayıtda təhsil almışam. Bizim vaxtımızda nə o dediyiniz VMA (valideyn müəllim assosiasiyası) və nə də repettor yanına getmə, heç biri yox idi, uşaqlara da fərq qoyulmurdu, valideynlərinə görə...Bakı Təhsil Baş İdarə rəisi:"M.Vəliyeva bildirib ki, bu gün Valideyn-Müəllim Assosiasiyaları (VMA) ilə bağlı problemlər gündəmdədir: "Həmin VMA-lar məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Bu qurumun fəaliyyətinə məktəb və rəhbərliyi, eləcə də müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllü arzusu ilə fəaliyyət göstərir"....???...Görəsən hazırda doğru-dürüst, valideyn cibinə baxmayan, düz-əməlli məktəb və eləcə də bağça direktoru varmı???...