Menu

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb

16.12.2021, 15:49
Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-də saat 15 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində A.Qurbanov idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən paytaxt sakini Vahid Ələkbərovu vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol