Menu

141 milyon insan ərzaq təhlükəsizliyi ilə üzləşib

16.12.2021, 23:04
141 milyon insan ərzaq təhlükəsizliyi ilə üzləşib

Ərəb dünyasında son 20 ildə aclıqdan əziyyət çəkənlərin sayı 91,1%-ə çatıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təqdim etdiyi hesabatda deyilir.

Hesabata görə, COVID-19 pandemiyasının qlobal iqtisadiyyata təsiri də daxil olmaqla, uzun sürən böhranlar, sosial gərginliklər, şok və streslər fonunda 2020-ci ildə regionda aclıq çəkənlərin sayı 69 milyon nəfərə çatıb.

Sənəddə deyilir ki, il ərzində region əhalisinin təxminən üçdə biri (141 milyon insan, bir il əvvəlkindən 10 milyon nəfər çox) ərzaq təhlükəsizliyi ilə üzləşməli olub.

Ən çox aclıqla üzləşən ölkələr Yəmən və Somali olub.

Şərhlər

Mən Azəri 2021-12-17 09:26:00

Bu dünyanın aclığı! Bəs, Azərbaycanda nə qədər ailə var ki, onların aylıq-gündəlik dolanışıqları aşağı səviyyədədir və qazanclı məşğuliyyətləri yoxdur? Hər BƏLƏDİYYƏ və İH yanvar ayının sonuna bu hesabatları ortaya qoysunlar? Axı, bizləri kimlərsə cəmi 30 il öncə sosializmdən ayırıblar ki, ÖZƏL iqtisadiyyatın sivil bazarı və bərabər hüquqlu təminatları var?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol