Menu

Məktəb direktorları necə seçilsin? - Misir Mərdanov yol göstərdi

17.12.2021, 14:13
Məktəb direktorları necə seçilsin? - Misir Mərdanov yol göstərdi

“Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir".

Bunu APA-ya açıqlamasında keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, imtahanla hər şeyi qiymətləndirmək olmur: "İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s. məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin öz içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin".

Şərhlər

Bəhram Cəfər 2021-12-17 14:33:18

Bəli, nəinki, məktəbdə! Bu ilin sonundan hər təşkilatda hesabatı dinləyib və gələn dövrə gümanı gələn hər işçinin proqramını dinləyib, ən səmərəli proqramı müəllifi ilə rəhbər təyin etmək gərəkdir! Misal üçün Mertonu kim daha sərfəli-az xərclə idarə edə biləcək şəxsə tapşırmaq olar? Məktəbi isə daha mükəmməl tədris qura bilənə!

RÖVŞƏN MURADOV 2021-12-17 14:30:36

Hörmətli Professor Misir Mərdanov düz söyləyir, ümumiyyətlə, hər bir quruma rəhbər vəzifəyə qurumun özündə uzun müddət işləyən bilikli, qabiliyyətli, təcrübəli və ən əsası ədalətli liderlik bacarığına malik olan insanları seçmək lazımdır, O insanları ki, onların işlədikləri müəssisələrdə qəbul etdikləri qərarlar həmişə yüksək dəyərlərə söykənsin və bu dəyərlər də öz növbəsində elmi cəhətdən əsaslandırılmış olsun. Belə olan hallarda heç vaxt təşkilatlarda münaqişələr, narazılıqlar olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol