Menu

Baş prokuror "Tərtər işi"nin istintaqını xüsusi nəzarətə götürüb - RƏSMİ

18.12.2021, 12:06
Baş prokuror "Tərtər işi"nin istintaqını xüsusi nəzarətə götürüb - RƏSMİ

"Tərtər işi" Baş Prokurorluğun icraatına qəbul edilməklə cinayət işlərinin ibtidai istintaqı Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir.

Bildirilib ki, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.

Şərhlər

t.ədalət 2021-12-18 15:49:40

Ancaq,"Tərtər işi" ni deyil,həm də digər işləri nəzarətə götürmək lazımdır.Vaxtı ilə Hərbi prokurorluq Səfər Əbiyevin göstərişi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında da cinayət işi başlatmışdı.Onun çoxsaylı işğalçı rus və erməni hərbiçisi məhv etməsindən narahat olan Putin belə bir tələb irəli sürmüşdü.Mübarizin igidliyi Türkiyədə geniş təbliğ olunduqdan sonra prokurorluq geri çəkilməyə məcbur oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol