Menu

Gəncədə qatar sərxoş kişini vuraraq ayağını kəsib - FOTO

18.12.2021, 23:17
Gəncədə qatar sərxoş kişini vuraraq ayağını kəsib - FOTO

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Vağzal "ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü R.Rzayev dəmir yolunu keçən zaman hərəkətdə olan qatar onu vuraraq sağ ayağını dizdən aşağı kəsib.

R.Rzayev xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, həmin şəxs hadisə vaxtı sərxoş olub. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol