Menu

2021-ci ilin ən mühüm elmi kəşfləri açıqlanıb

19.12.2021, 11:38
2021-ci ilin ən mühüm elmi kəşfləri açıqlanıb

“Science” jurnalı 2021-ci ilin ən mühüm elmi kəşflərinin siyahısını dərc edib.

“Report” xəbər verir ki, reytinqdə elm sahəsində 10 elmi kəşf yer alıb.

Yeni koronavirus infeksiyasına qarşı peyvəndlər “ilin sıçrayışı” adlandırılır.

Digər mühüm kəşf arxeoloji ərazilərin öyrənilməsi ilə bağlıdır. Mütəxəssislər mağara torpağından və milyon ildən çox yaşı olan fosil qalıqlarından nüvə DNT-sini necə çıxarmağı öyrəniblər. Tədqiqatçılar indi nəsli kəsilmiş növlər haqqında məlumatları daha ətraflı öyrənə bilərlər.

Elmi sahədə əlamətdar hadisələr arasında termonüvə sintezi sahəsində irəliləyiş əldə edilib. İlk dəfə olaraq termonüvə reaktoru onun istismarına sərf ediləndən daha çox enerji istehsal edib.

Siyahıya həmçinin CRISPR terapiyasından istifadə edərək irsi xəstəliklərin müalicəsi üsulu da daxildir. Alimlər tərəfindən hazırlanmış bu texnologiya insan orqanizmindəki genləri redaktə etməyə imkan verir.

Bundan əlavə, 2021-ci ildə alimlər Marsın strukturu haqqında bilik səviyyəsini əhəmiyyətli dərəcədə artıra biliblər.

Şərhlər

B.Qarabağlı 2021-12-19 13:01:43

Kəşflər təbabətə və tarixə yeni-dəqiq eradan xəbər verir! Arxeologiya və geopolitik tarix (əslində yozma) 50-100 milyonluq əhali qrupunun tarixinin milyard nəfərdən çox əhali qrupunun tarixindən dərin olduğuna iddia edir. 15-20 əsrlik təbabət hələ bir çox "sağalmaz" mərəz və özbaşına yaranan mikroblar qarşısında aciz qalıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol