Dietoloq ən faydalı süd məhsulunun adını açıqlayıb. Ekspert Zülal Yalçının sözlərinə görə, bu kefirdir. O, şişlərə qarşı işlədilir və xolesterinin səviyyəsini aşağı salır.
Bu barədə «Milliyet» qəzeti yazıb.
Dietoloqun sözlərinə görə, bu süd məhsulu göbələyə qarşı mübarizədə birinci yeri tutur, çünki çox miqdarda faydalı mikroorqanizmlərlə zəngindir, tərkibində mineralların və əvəzolunmaz aminturşularının, xüsusilə də fosforun və kaliumun miqdarı yüksəkdir.
Kefir bağırsaq florasını normada saxlamaq və müəyyən qidalı maddələrin sintezi üçün mühüm qidadır. O, həm də şişlərə qarşı faydalıdır və laktozanın və xolesterinin səviyyəsini aşağı salır. Mütəxəssis əlavə edib ki, kefir xüsusilə yazva, ekzema, yüksək arterial təzyiq, əsəb pozuntusu, bronxit və astmaya qarşı faydalıdır.
AzPolitika.info


Şərhlər
Hörmətli Zülal Yalçın uzaq tarixi və təbii qatığı unudub, kefiri hansı tərkib zəmanəti və texnoloji üstünlüyünü müəyyən edib? Amin turşusuna zəmanət olsa digər minerallara kasad zəmanət "müasir maldardan" asılııdır.