Menu

Fransa klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

21.12.2021, 23:25
Fransa klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

Fransanın "Bordo" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb. "Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisində 14 nəfərin COVID-19 testi müsbət çıxıb.

Onlardan 11-i futbolçu, 3-ü isə klubun əməkdaşıdır.

Qeyd edək ki, "Bordo" dekabrın 22-də ölkə çempionatının XIX turunda "Lill"lə qarşılaşmalıdır. Protokola əsasən, klub matçın təxirə salınması üçün müraciət edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol