Menu

"Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır" - Şoyqu

22.12.2021, 20:33
"Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır" - Şoyqu

"Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar.

"Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir dənə də olsun ciddi insident baş verməyib”, - Şoyqu deyib.

Şərhlər

Niyaməddin 2021-12-23 12:17:26

Rusiya "sülhməramlıları" Qarabağda terrorun, təxribatın, qətlin təminatçısıdır. Gözünüzün qarşısında şəhid edilən oğullarımızın, törədilən təxribatların, terror hadisələrinin günahkarı məhz sizsiniz! Sizi görüm lənətə gələsiniz!

t.ədalət 2021-12-22 22:19:57

Rusiyanın qoşunları sülhə mane olur.Rus ordusunun ayağı dəyən yerdə heç vaxt sülh olmur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol