Menu

"Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa getməsinə yol verməsi haqlı sual doğurur" - Sabiq nazir

23.12.2021, 12:41
"Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa getməsinə yol verməsi haqlı sual doğurur" - Sabiq nazir

"Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa səfərinə Rusiya sülhməramlıların hansı əsasla yol verməsi haqlı sual doğurur".

Bunu “Report”a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Valeri Pekres namizədliyi köklü ənənələrə malik respublikaçılar tərəfindən irəli sürülsə də, son vaxtlar onlardan bir qədər uzaqlaşaraq daha radikal fikirlər səsləndirməyə başlayıb: "Onun Ermənistana son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır. Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kapmaniyasında daha çox xal qazanmaq ümidilə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib".

Sabiq nazir vurğulayıb ki, Rusiya sülhməramlıları həmin bu namizədə xal qazandırıb: "Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”.

Şərhlər

Eli 2021-12-23 15:44:14

Rusiyanın bu hereketi onun son “akkordları” olacaq.Gürcüstam elden çıxıb,Ermenistan da hazırlsşır.Biz ise öz taşeyimizi hell etmişik:”Bir millet ,iki dövlet”.Bir az sebr lazımdır.

Roma 2021-12-23 15:00:20

Kim Rusiyanın sərhədinə 50-100 km yaxınlaşırsa, Rusiya bütün dünyaya bar-bar bağırır və xox gəlir, indi bizim başımıza açdığı oyuna bax, kimi istəyirsə bölgəyə buraxır, kimə istəyirsə "humanitar yardım" adıyla həm ərzaq və həm də silah-sursat ötürür, kimi istəyirsə minaya saldırır və s. və i... dünyanın ən məkrli və həm də yalançı Dövlətidir, ermənistanı da əlində "cəza çomağı" kimi saxlayaraq bizi cəzalandırır...

korrektor 2021-12-23 13:23:55

rusların bu yekəxanalığının əvəzində Laçın dəhlizi ordumuz tərəfindən tutulmalıdır! valeri pekres persona nonqrata elan olunmalıdır!

RR 2021-12-23 12:58:15

ruslar dehlizde lotudular ( de fakto

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol