Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı reklamlarda qadın şəkillərinin istifadəsini qadağan edib.
Kabildəki gözəllik salonlarının sahibləri İslam Əmirliyinin qərarını tənqid edib və hökumətdən onların biznesinə məhdudiyyətlər tətbiq etməməyi xahiş ediblər. Onlar bu qərarın qadınların işinə məhdudiyyət qoyduğunu, yaxın bir neçə gündə dükanlarını bağlayacaqları qorxusu ilə yaşadıqlarını deyib.
Kabil bələdiyyəsinin sözçüsü Nemətullah Barakzai "Tolo News"a bildirib ki, hökumət bələdiyyə rəsmilərinə Kabildəki mağaza və biznes mərkəzlərinin lövhələrindəki qadın şəkillərini silməyi əmr edib: "Hökumətin qərarına əsasən, İslam qaydalarına zidd olan fotoşəkillər toplanacaq və ya reklam lövhələrindən silinəcək".
AzPolitika.info


Şərhlər