Menu

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib

27.12.2021, 18:38
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: "Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib".

Şərhlər

miri 2021-12-27 19:39:33

Avtobus oturacağının milli məclis oturacağı ilə əvəz olunması üçün bir imkan artdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol