Menu

UNEC rektoru futzal yarışının qalibləri ilə görüşüb - FOTOLAR

28.12.2021, 14:29
UNEC rektoru futzal yarışının qalibləri ilə görüşüb - FOTOLAR

UNEC-in rektoru professor Ədalət Muradov Zəfər Gününə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal yarışının qalibi olan komanda üzvləri ilə görüşüb.

Görüşdə rektor, professor Ədalət Muradov komandanın üzvlərini və məşqçiləri qələbə münasibətilə təbrik edərək, onlara yen-yeni uğurlar arzulayıb. Rektor bildirib ki, futzal yarışının Zəfər Gününə həsr olunması bu qələbənin mənəvi dəyərini daha da artırır. O, idman yarışlarının dünyanın aparıcı universitetlərinə qazandırdığı töhfələrin önəminə diqqət çəkərək, UNEC-də bu istiqamətdə işlərin uğurla aparıldığını bildirib. UNEC-in tədris binalarındakı müasir standartlara cavab verən idman zallarında tələbələrin idman məşğul olmaları üçün bütün şəraitin yaradıldığını deyib.

Sonra “İqtisadçı” idman klubunun müdiri Mahmud Mustafayev, məşqçilər Nazim Qaracayev, Rüfət Hüseynov və tələbələr yarışın yaddaqalan məqamlarından söz açıblar.

Görüşün sonunda qaliblərə UNEC-in Fəxri fərmanları təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol