Menu

"TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir" - Teymur Musayev

28.12.2021, 17:49
"TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir" - Teymur Musayev

"Türkiyə istehsalı olan TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir. Vaksinlə bağlı rəsmi sənədləşmə bitib və Azərbaycana təqdim olunub".

“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, komissiya sənədlərə baxış keçirir.

T.Musayev bildirib ki, üçüncü fazada təsdiqinə müsbət rəy verilib: “İşçi qrupunun gəlişi gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol