Menu

“Koronavirus yalnız xəstəxanada müalicə olunur” - Səhiyyə nazirinin I müavini

28.12.2021, 19:32
“Koronavirus yalnız xəstəxanada müalicə olunur” - Səhiyyə nazirinin I müavini

“Evdə müalicə yoxdur, evdə dəstək var”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

“Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”, - vurğulayıb.

Nazir əvəzi poliklinikalar tərəfindən evdə müalicə alan şəxslərə vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.

Şərhlər

Watchman 2021-12-28 23:14:07

Koronavirus yalnız xəstəxana şəraitində ölümlə nəticələnir. Evdə isə təhlükə yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol