Moldovanın Rumıniya ilə birləşməsi - Buxarest və Kişinyovda bir sıra siyasi partiyalar buna çalışırlar - moldovalıların əksəriyyətinin razılığı ilə baş tuta bilər.
Bu barədə Moldova Prezidenti Mayya Sandu ProTV telekanalına müsahibəsində deyib.
«Biz, bilirik, bir çox insanlar var ki, onlar bu ideyanı dəstəkləyirlər, amma ictimiyyətin digər hissəsi də var ki, onlar bu ideyadan qorxurlar. Belə böyük layihə yalnız ictimaiyyətin böyük əksəriyyətinin dəstəyi ilə reallaşa bilər. Baxaq, görək, hadisələr necə inkişaf edəcək» - o, qeyd edib.
Bu arada iki ölkənin hökuməti bu ölkələrin yaxınlaşması siyasətini reallaşdırır - humanitar, energetik və digər sferalarda, - Sandu dəqiqləşdirib.
Sosioloji sorğuların nəticələrinə görə, Moldovanın Rumıniyanın tərkibinə daxil olmasını 20-40 faiz moldovalı dəstəkləyir. Müşahidəçilərin qeyd etdiyi kimi, bu ideyanın bir sıra tərəfdarı Moldova siyasi elitasının davranışından narazı olanlardır.
AzPolitika.info


Şərhlər