Bu il 10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb, 24 məktəb direktoru vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Qeyd edilib ki, aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13 Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib.
Nazirlikdən bildirilib ki, 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub.


Şərhlər
Maraqlıdır ki, az əvvəl korrupsioner və rüşvətxor deyəndə ilk növbədə icra başçıları yada düşürdü. İndi İH başçıları yalan olub bu direktorlar bu sahərədə "" liderliyi" ələ keçiriblər. Həm də xüsusi həyasızlıq " nümayiş" etdirirlər. 24 nədir ki, ölkədə məktəb və bağça direktorlarının 99 faizi rədd edilməlidir..