Menu

Oyun satmaqda ittiham edilən məşqçi: "Yenidən 5 il əvvələ qayıtmağın nə mənası var ki?"

30.10.2014, 11:46
Oyun satmaqda ittiham edilən məşqçi: "Yenidən 5 il əvvələ qayıtmağın nə mənası var ki?"

“Onilenin dedikləri cəfəngiyyatdır. O, çox söz deyə bilər. Amma belə bir şey olmayıb. Mən məşqçilik karyeramda buna imkan vermərəm”. Bu sözləri Lent.az-a açıqlamasında futbol məşqçisi Nizami Sadıqov deyib.

Qeyd edək ki, “Turan”ın sabiq oyunçusu Valeri Onile Moldova mətbuatına müsahibəsində 2009-cu ildə keçirilən “Turan” – “Neftçi” matçı ilə bağlı şok açıqlamalar verib.

O, həmin vaxt Tovuz klubunun baş məşqçisi olan Nizami Sadıqovu futbolçulardan “Neftçi”yə uduzmağı xahiş etməkdə ittiham edib. Onilenin bu fikirlərinə cavab verən Sadıqov 5 il öncəki qarşılaşma barədə bunları deyib: “Həmin vaxt komandada zədəli oyunçular var idi. Onlardan savayı, bütün aparıcı futbolçular əsas heyətdə yer almışdı. Yəni biz “Neftçi” ilə matçda əvəzedici heyətin üzvləri ilə çıxmamışdıq. Mən özüm də vaxtilə futbolçu olmuşam, neçə illərdir ki, məşqçilik edirəm. Azdan-çoxdan hörmətimiz var. Qazandığım ada xələl gətirmərəm. Bir də ki, həmin oyunla bağlı o vaxt da açıqlama vermişdim. Yenidən 5 il əvvələ qayıtmağın nə mənası var ki?”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol