Menu

"Unun qiymətini bu qədər artırmaq olmaz" - Vahid Əhmədov etiraz etdi

04.01.2022, 19:10
"Unun qiymətini bu qədər artırmaq olmaz" - Vahid Əhmədov etiraz etdi

"Unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb".

Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz:

"Bu qiymət artımı tək çörəklə bağlı deyil. Un məmulatları var ki, onlardan kifayət qədər istifadə olunur. Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, birdən-birə belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır".

Deputat bildirib ki, həm bayramdan əvvəl, həm də bayramdan sonra obyektiv qiymət artımı ilə yanaşı, bəzi sahibkarlar subyektiv qiymət artımı edirlər:

"Bunun da qarşısı alınmalıdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik. Bildirdik ki, qiymət məsələsilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması, qəbul edilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın. Təklif edirəm ki, unun qiymətinə dotasiya verilsin və əvvəlki qiymətində saxlanılsın".

V.Əhmədov vurğulayıb ki, bayramqabağı bütün məhsullarda süni qiymət artımı var idi:

"Qiymət artımı ciddi problemdir. Xaricdən taxıl və digər məhsullar ixrac edirik. Başa düşürəm ki, xaricdə də böyük ərzaq qıtlığı var. Taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Subyektiv qiymət artımlarına gəlincə isə, hökumət bunun qarşısını almalı, tədbirlər görməlidir".

Şərhlər

t.ədalət 2022-01-05 23:22:05

Heç kim sərbəst ölkəyə buğda gətirmir....

Niyaməddin 2022-01-05 14:04:45

Allah zalımların belini qırsın. Yazıq kasıb ailələr belə vəziyyətlərdə balaları qarşısında üzüqara qalırlar...

Emın 2022-01-05 08:19:12

ALLAH VAHID MUALLUMIN CANINI SAQ ELESIN

RR 2022-01-05 06:54:24

Deputatimiz deyir côrek az alin , az yeyin . Derdeeee ,,,, toxun acdan xeberi olmur )

Kasıb 2022-01-04 21:58:58

Neçə gündür millədin nervlərini yoxlayırlar. Şayiə buraxıb sonra müşahidə edirlər görək millət nə reaksiya verir. Qaldıraq qiyməti ya yox. Bizim axırımız necə olacaq?

Bashirov Qarib 2022-01-04 19:56:58

yuz milyonlarla pul ayrılmışdır ki, FHN 800 min tonluq buğda rezrvi yaratsın. Bəs hanı o rezervlər, buraxın dövriyyəyə, qoy bazar sabitləşsin. Yoxsa, o , yuz milyonlar da daşındı xaricə?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol