Menu

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar görüşündə iştirak edəcək

07.01.2022, 17:26
Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının növbədənkənar görüşündə iştirak edəcək

Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.

Bu barədə “Report” Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Türkiyənin təşəbbüsü ilə baş tutacaq görüş videokonfrans formatında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol