Menu

"Bu, cinayətdir!" - Ziyalılar Konqresi

08.01.2022, 01:24
"Bu, cinayətdir!" - Ziyalılar Konqresi

«Exo Moskvı» saytında Ziyalılar Konqresinin Rusiya vətəndaşlarının və güc strukturlarının Qazaxıstanda etirazların yatırılmasında iştirakının əleyhinə yönəlmiş müraciəti yer alıb.

Mətndə qeyd olunur ki, KTMT çərçivəsində Rusiya bölmələrinin Qazaxıstana göndərilməsi «Rusiya və Qazaxıstan xalqlarına qarşı cinayətdir».

«Biz, istəmirik ki, bizim vətəndaşlarımız həlak olsunlar və özünü gözdən salmış rəhbərlərin xilası naminə öldürsünlər. Rusiya güc strukturlarının etirazların boğulmasında iştirakı Qazaxıstanın rusdilli vətəndaşlarının vəziyyətinin pisləşməsini qaçılmaz edəcək və onlar Rusiya rəhbərliyinin imperialist siyasətinə görə cavabdeh olacaqlar» - mətndə dəqiqləşdirilir.

Müraciəti siyasətçilər Leonid Qozman, Andrey Neçayev, politoloq Dmitri Oreşkin, yazıçılar Dmitri Bıkov və Lyudmila Ulitskaya, rejissor Harri Bardin və bir çox digərləri imzalayıblar.

AzPolitika.info

Şərhlər

Əli 2022-01-09 02:21:38

Əlvida turan

Türk 2022-01-08 09:32:44

Bəli, bu əsl cinayətdir və Rusiya ilə bərabər bütün imperialist güclər heç şübhəsiz ki, bütün bunların hesabını verəcəklər. Biz türklər inşə Allah bu xainlərin əllərini, qollarını birdəfəlik Turan ellərindən kəsəcəyik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol