Menu

“Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar” - Tokayev

08.01.2022, 09:21
“Sülhməramlılar vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqlar” - Tokayev

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

“KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”, - Tokayev əlavə edib.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Şərhlər

Baba 2022-01-08 10:06:02

Bizdə də rus gəlib girdi sülhməramlı adı ilə torpaqlarımıza. Yəqin ki sülhməramlıların çox böyük xərcini də bizdən çıxırlar. Hələ şayiə gəzir ki Qarabağda yaşayan ermənilər də bizdən yeyirlər. Ona görə də maaş pensiya yox,bahalaşma baş alıb gedir. pulumuzu özümüzdən başqa hamıya düşmənimizə də verirlər

TT 2022-01-08 09:56:24

Tokaev ti predatel svoeqo naroda )))

RT 2022-01-08 09:51:07

Malades tokuyev ))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol