Menu

Ayda su tapılıb

08.01.2022, 13:22
Ayda su tapılıb

Çinin “Chang’E 5” avtomatik fəza cihazı ilə Aydan Yer kürəsinə çatdırılmış torpaq nümunəsində su aşkarlanıb.

“Report” xəbər verir ki, “Science Advances” nəşrində dərc olunmuş hesabata görə həmin torpaq nümunəsində 120/1.000.000 qədər miqdarda su olduğu müəyyənləşdirilib ki, həmin suyun əsasən Günəş küləyi nəticəsində əmələ gəldiyi güman olunur.

Qeyd edək ki, sözügedən fəza cihazı 2020-ci ilin dekabr ayında Ayda tədqiqat aparıb.

Şərhlər

Əbadəba müəllim 2022-01-08 16:52:22

Təcili o sudan istifadə üçün Əhmədliyə və Zərdaba xətt çəkilməlidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol