Menu

Əməkdar artist Novruz Qartal dəfn edilib - FOTO

09.01.2022, 13:27
Əməkdar artist Novruz Qartal dəfn edilib - FOTO

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, əməkdar artist Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında dəfn edilib. 

***

Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol