Menu

“KTMT ölkələrini ciddi çağırışlar gözləyir” - Lukaşenko

10.01.2022, 13:35
“KTMT ölkələrini ciddi çağırışlar gözləyir” - Lukaşenko

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələri ciddi çağırışlar gözləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu KTMT Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstandakı vəziyyətə həsr olunan növbədənkənar iclasında çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Bizi perspektivdə ciddi çağırışlar gözləyir. KTMT-ni gücləndirmək lazımdır. Onun bütün komponentlərini və ilk növbədə sülhməramlı potensialı sakitcə və sistemli şəkildə möhkəmləndirmək lazımdır. Mobilliyi və operativ hərəkəti qoruyub saxlamaq vacibdir. Qərbə, Amerikaya və ya hansısa başqa dövlətlərə baxaraq, bu məsələdə çox utancaq olmaq lazım deyil. Ətrafa qəflətən baxsaq, boynumuzu qıracağıq”, deyə Belarus lideri vurğulayıb.

Şərhlər

Secki 2022-01-10 16:13:39

Iki donem isleyib getmek lazlmidi batya

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol