Menu

Türkiyə XİN Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası ilə bağlı məlumat yayıb

10.01.2022, 15:12
Türkiyə XİN Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair iclası ilə bağlı məlumat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının sabah keçiriləcək fövqəladə iclası ilə bağlı məlumat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı nazirliyin mətbuat katibliyi yayıb.

Bildirilib ki, Təşkilata müddətli sədrlik edən Türkiyənin təklifi ilə yanvar ayında TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası yanvarın 11-də keçiriləcək.

İclasda Qazaxıstanda baş verənlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol