Çinin Xarici İşlər Nazirliyi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin bu ölkəyə getdiyi barədə KİV-lərdə yayılmaqda olan xəbərləri təkzib edir. Nazirlik bəyan edir ki, Nazarbayev ölkəsində baş verən məlum hadisələr zamanı Çinə uçmayıb və hazırda da Çin ərazisində deyil.
“Bu, tamamən yalan informasiyadır. Daha əvvəl Qazaxıstanın keçmiş prezidentinin mətbuat katibi də Nazarbayevin hazırda Nur-Sultanda olduğunu açıqlamışdı”, - XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, KİV-lər Nazarbayevin Çində yerləşən klinikalardan birində müntəzəm olaraq müalicə aldığını, ölkədə etirazlar başlayandan sonra isə bu ölkəyə uçduğunu iddia etməkdə idi. Nazarbayevin ailə üzvlərinin də artıq ölkəni tərk etdiyi bildirilir.
Qazaxıstanda etirazlar başlayandan bəri Nazarbayevi görən olmayıb və o, publika qarşısına çıxmayıb, çıxış etməyib. Hansı ki, dinc etirazların Alma-Atada iğtişaşlara çevrilməsini onun klanının təşkil etdiyi haqda iddialar var.


Şərhlər
Nazarbayevin putinçi terrorçular tərəfindən öldürüldüyü tezliklə ortaya çıxacaq.