Menu

"Qazaxıstan torpağı bütün türklərin qədim vətənidir" - Bağdad Amreyev

12.01.2022, 01:01
"Qazaxıstan torpağı bütün türklərin qədim vətənidir" - Bağdad Amreyev

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında çıxış edib.

Bu barədə yanvarın 11-də «Anadolu» agentliyi xəbər verib.

Öz çıxışının gedişində Bağdad Amreyev bəyan edib: «Qazaxıstan torpağı - bütün türklərin qədim vətənidir. Qazaxıstanda sabitlik və rifah bütün Türk dünyasının ayrılmaz hissəsidir… Bütün Qazaxıstan nişangah altındadır. Ölkənin suverenliyinə və müstəqilliyinə hücum olub. Prezident Qasım-Comərd Tokayev dağıdıcı fəaliyyətin qarşısının alınmasına və qırmızı xətti keçmiş şəxslərin saxlanmasına yönəlmiş məntiqi qərar qəbul edib».

O, həm də Türk Dövlətləri Təşkilatının bütün üzvlərini Qazaxıstan hakimiyyətini dəstəkləməyə çağırıb.

AzPolitika.info

Şərhlər

TT 2022-01-12 04:06:32

Anlamadim ,,, rusu , ermenini caqirib ki , qir milletimi ((( ona qôre biz onu desteklemeliyik ? bu ne damışır ???

Seyid 2022-01-12 03:37:27

Görəsən bu adamın tokayev qarşısında hansı qəbahəti var ki,onu bütün dünya türklərinin ziddinə bəyanat verməyə vadar edib. İndiyəcək yer kürəsində heç kim tokayevə bu qədə açıq və net qəhmər çıxmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol