Menu

Gürcüstanda son sutkada COVID-19-dan 47 nəfər ölüb

12.01.2022, 10:57
Gürcüstanda son sutkada COVID-19-dan 47 nəfər ölüb

Gürcüstanda son sutkada daha 5 596 nəfərə koronavirus diaqnozu qoyulub, 47 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 2 946 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 973 909 nəfər yoluxub. Onların 919 367-si sağalıb, 14 311-i isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol