Tovuz rayonunda 52 yaşlı kişi intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Göyəbaxan kəndində qeydə alınıb. Kənd sakini, 52 yaşlı Barat Yolçu oğlu Məhərrəmov özünü asıb.
Özünü asan şəxsin Tovuz Rayon İcra Hakimiyyətinin Göyəbaxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Şərhlər
Xəbəriniz varmı? Rayon İcra başçıları rayonlarda çox az olur, daha çox Bakıda qalırlar.. Rayon onların daha nəyinə lazım. Onlara pul ayrılması lazım idi o da indi yoxdur. Odur ki başçılar məzuniyyətə çıxır, sonra məzuniyyət vaxtını uzadır, rayona qayıtmaq istəmirlər...
Son zamanlar icra nümayəndələrinin intiharı " dəbə" minib. Çünki RİH başçılarının əlindən idarə, təşkilat və müəssisələr çıxıb, onlara təsir edə bilmirlər deyə " gücü" icra nümayəndələrinə yönəldirlər. İcra nümayəndələri də başçıların zoruna dözə bilmirlər....