Menu

YOLUXMA və ÖLÜM SAYI AÇIQLANDI - Koronavirus statistikası

13.01.2022, 19:28
YOLUXMA və ÖLÜM SAYI AÇIQLANDI - Koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 623 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 397 nəfər müalicə olunaraq sağalıb, 8 490 nəfər vəfat edib, aktiv xəstə sayı 7 668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 5 978 735 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol