Menu

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ay uzadıb

13.01.2022, 20:28
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ay uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ayadək uzadıb.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin yaydığı bəyanatda bildirilib.

“Bu gün Aİ Şurası Rusiya iqtisadiyyatının bəzi sektorlarında qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin altı ay müddətinə, yəni 2022-ci il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib”, - bəyanatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol