AZƏRBAYCANDA ƏT DƏ BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda mal və quzu əti bahalaşıb.“Qaynarinfo.az” xəbər verir ki, yanvar ayının ilk on günlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.

Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.

Sayt əməkdaşları məsələni dəqiqləşdirmək üçün Bakıda ət satışı ilə məşğul olan bir neçə ət satışı məntəqələrində olublar. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.

Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.

635x100

Şərhlər

İsmayıl Xələfov 2022-01-14 21:13:42

Qəsdən edirlər

t.ədalət 2022-01-14 20:08:59

Ətin bahalaşmasını tətikləyən hakimiyyət eşalonunda yuva quranlardan biridir.Qarşısın almaq üçün yeganə yol artan qiymətlərə uyğun olaraq vergi müəyyənləşdirməkdir.

gülşən 2022-01-14 19:01:05

kəndli həmişə udur

"alqış" 2022-01-14 16:35:16

ALLAH BAİSİN EVİNİ BAŞINA UÇURSUN!

Son yazılar