Sabiq icra başçısı həbsdə namaza başlayıb - Şeir yazır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

“Kriminalqafqaz” xəbər verir ki, başçəkmədə komitə sədri Tural Hüseynov və hüquq bölməsinin rəhbəri Rövşən Məmmədov iştirak edib.

T.Hüseynov bildirib ki, təcridxanada nöqsan aşkarlanmayıb: “Saxlanma yerində təmizlik müşahidə olunur. Təmirdən sonra otaqlarda hamam və televizorlar yerləşdirilməsi nəzərdə tutulub. Saxlanma yerindən hər hansı şikayət qeydə alınmadı.

Saxlanılanlardan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovla görüşdük. Özünü yaxşı hiss edir. Sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Mənə dedi ki, iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir”.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2022-01-15 14:30:27

Daldan atılan daş, topuğa dəyər...

Xeqani 2022-01-15 14:22:20

Bu ne tūrmedi işigūcū yoxdurmu zekin kefdədi deyəsən eşqi dombalıb hələ şeir də yazır.belə şeyləri görəndə o biri icra başçıları da bayırda oğurluq edəcə də

Kamil 2022-01-15 12:33:35

Klssika janra

Cəmşid Dərələyəzli 2022-01-15 10:40:28

O namaz qılmır, görünən o ki çıldırır. Bu çıldırmadan sabahları anormal hərəkətlər etməyə başlayacaq. Bu da sonda onu zondda dəihanəyə salacaq.

Faiq 2022-01-15 09:12:03

Yaxşı səsi var.mugamata başlasın

Tamada 2022-01-15 08:18:47

Gər olmasa insan,fəxri sərvət nəyə lazım? Dünyaya vida etsə, imarət nəyə lazım? Bir kəs günah eyləsə dünyada həmişə, Sonra qocalan vaxtı ibadət nəyə lazım? Allah keçsin günahından,ailəsinə,uşaqlarına bağışlasın. Məhkəmə də bunu nəzərə alsın,Rəhmli olsun

TR 2022-01-15 07:34:30

Namazin bashuva deysin !!! onsuzda cehennemliksiz !!!

Rahib 2022-01-14 23:01:44

Ay səni... Artistliyindən qalmır ki, qalmır. Bəlkə də meymun deməliydim....

Tahir 2022-01-14 22:58:35

Qaçan da, qovan da Allaha yalvarar. Bəlli ki, nə günahlara batdığını anlamaq üçün kifayət qədər vaxtı olub. Amma belələri nə qədər tövbə etsə də haqqa qayıda bilmir. Yəni həbsdən çıxar çıxmaz yenə həmin zibil oldugumu biruzə verəcək. Belələri Allahı aldada biləcəyini də düşünə bilərlər.

t.ədalət 2022-01-14 22:01:44

Şeir yazırsa,pis deyil.Təki,Musa Cəlil kimi divara yazmasın..

Son yazılar