Menu

Abşeronda məktəbdə şagirdin döyülməsi ilə bağlı iddia araşdırılacaq

17.01.2022, 12:54
Abşeronda məktəbdə şagirdin döyülməsi ilə bağlı iddia araşdırılacaq

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi ilə bağlı iddia araşdırılacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Abşeron rayon Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, ictimaiyyətə bu barədə məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkədə Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Aynurə Məmmədovanın 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyduğu və bu səbəbdən şagirdin dərsə getmək istəmədiyi qeyd olunub. Bununla bağlı məktəb rəhbərliyinə məlumat verilsə də, problem həllini tapmayıb.

Şərhlər

Kələntər 2022-01-17 13:41:42

Uşağın riyaziyyatlıq başı yoxdur, şagirdi sinifdə saxlamağa da nə direktor icazə verir, nə də RANO. İndi müəllimə bu gədəni döyməsin neyləsin?

Roma 2022-01-17 13:11:07

Bu müəllimə Qoçudur yəqin. Xeyir ola sən dərsini keç, oxumur 2 qiymət yaz, dərs keçməyə imkan vermirsə, dərs hissə müdirinə və ya direktora de və dərsə buraxma, daha mütəmadi olaraq döymək nə üçün...deməli pedaqoq deyilsən, pedaqogika özü bir elmdir. Mən 100% əminəm ki, babat bir pedaqoq özünə hörmət aşılaya bilir və ən dəcəl şagird belə artıq ona hörmətlə yanaşır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol