Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.


Şərhlər
Heykəl gözəl və yeri də yaxşıdır.Ancaq heykəl postament üzərində qoyulmalıdır ki. əvvələn o görkəmli görünsün.sonra da hər yoldan keçənin əli çatmasın.Bu heykəl mütləq postamentə qaldırılmalıdır.Bel çəlimsiz görünür.Sanki yol keçi.Dünyada hansı görkəml şəxsiyyətlərin heykəli postamentsiz qoyulub?...