Menu

Ramiz Mehdiyevin maaşı artdı - QƏRAR

19.01.2022, 12:16
Ramiz Mehdiyevin maaşı artdı - QƏRAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir. Onun bu dəyişikliyə qədərki maaşı 2570 manat olub. Beləliklə, AMEA prezidentinin maaşı 514 manat artıb.

Şərhlər

Veteran 2022-01-19 15:48:43

Azərbaycanın çörəyi onun və onun kimilərin burnundan gəlsın.Haramı olsun.Heyif o pullardan.100 manatdan hər ay 30 nəfərə uşaq pulu vermək olardı.

TARIX 2022-01-19 15:26:18

RAMİZ MEHDİYEV İSTİRAHƏT ETMƏLİ,,YERİNƏ VƏTƏNİNİ ,XALQINI SEVƏN ƏN ƏSASIDA MİLLƏTİN CƏLƏCƏYİ OLAN ELMİNİ İNKİŞAF ETDİRƏ BİLƏCƏK BİR VƏTƏNDAŞIMIZIN TƏYİN OLUNMASI DÖVLƏTİMİZİN,MİLLƏTİMİZİN XEYRİNƏ OLARDI.

Əliəddin 2022-01-19 15:04:24

Yaxşı işlərə xərcləsinlər. Bundan daha artığına layiqdirlər. Bunu ƏDALƏTSİZLİK kimi dəyərləndirənlərə demək istəyirəm ki, bu adamlar ən azından yüksək dünyagörüşləri, mədəniyyətləri ilə milyonlardan qat-qat ucada duran insanlar, millətin fəxridirlər. Fürsət düşərsə bunlardan hansısa biri ilə təmasda olsanız dediklərimə inanarsınız. Allah AMEA-nı, onun ŞƏRƏFLİ ÜZVLƏRİNİ QORUSUN!

Oxucu 2022-01-19 14:57:10

Akademiyanın vitse-prezidentlərinin əksəriyyəti biznesmendirlər. Onlar üçün bu nə maaşdır? Bu maaşlardan da çox maaşı obyekt işlədənlərinə verirlər. Onlara maaş lazım deyil. Ad lazımdır. Akademiyanın Rəyasət Heyəti heç kimə və heç nəyə lazım olmayan orqandır. Bu lazımsız orqanı ləğv edib, əldə edilmiş vəsaitləri elmi tədqiqatların aparılmasına yönəltmək lazıdır.

Alim 2022-01-19 14:47:21

AMEA-nın Rəyasət Heyəti Sovet dövründən qalma avara və heç nəyə yaramayan bir orqandır. Bu orqanı ləğv edib, AMEA-nın institut direktorlarından təşkil edilmiş Direktorlar Şurası yaratmaq lazımdır. Rəyasət Heyəti Büdcəyə Əlavə yükdür.

RAHİM 2022-01-19 13:36:20

Bu Ədalətsizliyə Nə vaxt son qoyulacaq? MÜƏLLİM 65 yaşda İŞDƏN çıxarılır, Xalqa. Xeyir verməyən " alimlər" həm pensiya ,həm. DƏ yüksək. Maaş alırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol