Menu

Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb

20.01.2022, 12:28
Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb

"Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb".

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: "Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

Şərhlər

Oxucu. 2022-01-20 23:17:42

Vallah düz sözümdür,neynəyirsiz deputatı qoy dövlət büdcəsinə qənaət olunsun,onsuzda deputatlar siyahı ilə gəlir,siyahı ilə gələn deputatdan xalqa xeyir gəlməz.

Veteran 2022-01-20 20:42:38

Niyə lüzumsuz xəclərə yol verisin Təyinat et qurtarsın.

Cabbar 2022-01-20 12:40:13

Pənahov srçkilərin əhəmiyyətini heç edib.Siyahi feputatların nə oyunlardan çıxdıqlarına is hökumət ciddi yanaşmır. Axı bunu hamı bilir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol