Finlandiyanın Baş naziri Sanna Marin hesab edir ki, onun ölkəsinin NATO-ya daxil olması hazırkı fin hökumətinin səlahiyyət müddətində çox az ehtimal olunandır.
Bu barədə o, Röyter agentliyinə müsahibəsində xəbər verib. Müsahibə yanvarın 19-da dərc olunub.
«Bizim üçün ümumi çox şey var və biz, NATO ilə işləyirik, amma təşkilatın iştirakçısı deyilik və ona daxil olmağı müzakirə etməmişik. Mən deyərdim ki, bu, çox az ehtimal olunandır» - o, belə bir suala cavab verərkən qeyd edib ki, fəaliyyətdə olan hökumətin səlahiyyət müddətində sifariş verilə bilərmi.
Ölkə parlamentinə növbəti seçkilər 2023-cü ilin aprelinə planlaşdırılır, bundan sonra yeni kabinet formalaşdırılacaq. Marinin sözlərinə görə, hökumətin gündəliyində xarici siyasət sferasında və təhlükəsizlik siyasətində yazılıb ki, ölkənin daxil olmaq opsiyası olacaq, amma sifariş vermək və bunu müzakiə etmək olmayacaq, bu zaman gələcək üçün bu imkanı saxlayacaq.
NATO Baş katibi Yens Stoltenberq bundan əvvəl xəbər verib ki, İsveçin və Finlandiyanın alyansa daxil olması çox tez baş verə bilər, amma əgər bu ölkələr özləri qərar qəbul etsələr. Onun sözlərinə görə, onlar praktiki olaraq bütün sferalar üzrə NATO standatlarına uyğundurlar, onların çox yaxşı təşkil olunmuş və idarə olunan müdafiə və təhlükəsizlik institutları var və onlar NATO-ya çox yaxındırlar.
Finlandiya XİN başçısı Pekka Xaavisto öz növbəsində bəyan edib ki, Finlandiya hazırda NATO-ya daxil olmağı müzakirə etmir.
AzPolitika.info


Şərhlər