Eldar Həsənovun Monteneqrodakı mənzili müsadirə olunur

Xarici ölkələrdə təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanıb.

"AzPolitika.info" "Turan"a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev yanvarın 24-də qurumun 2021-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında danışıb.

İclasda bildirilib ki, ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib.

"Eyni zamanda, xarici ölkələrdə yerləşən əmlakların müsadirəsi ilə bağlı lazımi tədbirlər görülməsinə başlanıb", - baş prokuror qeyd edib.

Xatırladaq ki, keçmiş Baş prokuror, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı sabiq səfiri Eldar Həsənovun məhkəmənin qərarı ilə müsadirə olunan əmlakları sırasında Monteneqroda yerləşən 137 kvadrat metr sahəsi olan mənzili də var.

"AzPolitika.info" 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar