Menu

Ötən il Azərbaycanda korrupsiya yol verən 493 şəxs barəsində 301 cinayət işi açılıb

24.01.2022, 17:43
Ötən il Azərbaycanda korrupsiya yol verən 493 şəxs barəsində 301 cinayət işi açılıb

"Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

Bildirilib ki, 2021-ci ildə cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılan cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Şərhlər

RAHİM 2022-01-24 17:58:20

Hörmətli. Kamran bəy SALAM. Özüm də bilmirəm nəyə görəsə SİZƏ BAXANDA S. RƏHİMOVUN MEHMANINI XATIRLATIRAM. ƏSƏRDƏ O ÖLMƏYİR. O HƏMİŞƏ MƏNİM İDİALIM OLUB . İNANIRAM Kİ. SİZ DƏ MEHMAN KİMİ XALQA LƏYAQƏTLƏ XİDMƏT EDƏCƏKSİNİZ. KORRUPSİYAYA QARŞI ŞƏRƏFLƏ MÜBARİZƏ APARIB, XALQIN SEVİMLİSİNƏ ÇEVRİLƏCƏKSİNİZ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol