Qərb Rusiyaya qarşı tam birləşib - Bayden Avropa liderləri ilə görüşdən məmnun qalıb

ABŞ Prezidenti Co Bayden Rusiyanı Ukraynaya təcavüzdən çəkindirməklə bağlı Avropa liderləri ilə videokonfransdan sonra Qərb ölkələri arasında tam birlik olduğunu elan edib.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, 80 dəqiqəlik söhbət dünən - yanvarın 24-də baş tutub. Rusiyanın tezliklə Ukraynaya hərbi təcavüzə başlayacağı sarıdan narahatlıq artdığı bir vaxtda Pentaqon elan edib ki, Birləşmiş Ştatlar 8 min 500-dək əsgəri NATO ölkələrinə mümkün yerləşdirilməyə hazır vəziyyətə gətirib.

Vaşinqton Moskvanı mümkün hücumdan çəkindirmək üçün mötəbər sanksiya təhdidi yaratmağa, bundan ötrü transatlantik birliyi qoruyub saxlamağa çalışır. Rusiya Avropa İttifaqının (Aİ) qaz təchizatının 40 faizə qədərini verdiyindən bundan müttəfiqlər arasında fikir ayrılığı yaratmaq üçün vasitə kimi istifadə edə biləcəyi düşünülür.

Blokun 27 üzvünün Rusiyaya yanaşması və münasibətlərində kəskin fərqlər var. Almaniyanın yeni hökumətinin Ukraynaya müdafiə silahları göndərməkdən imtinası Kiyevin tənqidilə üzləşib. Aİ-nin ən güclü iqtisadiyyatı olan Almaniya müzakirə olunan ən kəskin sanksiyalardan biri – Moskvanı SWIFT qlobal ödəniş sistemindən ayırmaq məsələsində də tərəddüd edir.

Baydenlə söhbətdən sonra Kansler Olaf Şolts deyib ki, Rusiya Ukraynaya hücum edərsə, çox ağır nəticələrlə üzləşər və gərginliyin azaldılması Rusiyadan asılıdır.

“Çox, çox, çox yaxşı görüş keçirdim, Avropanın bütün liderləri ilə tam yekdillik mövcuddur”, –Bayden Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Avropa Şurası, Avropa Komissiyası və NATO liderləri ilə video konfransdan sonra jurnalistlərə deyib.

Fransa hökuməti Rusiya və Ukrayna rəsmilərinin Fransa və Almaniyadan həmkarları ilə yanvarın 26-da Parisdə görüşəcəyini açıqlayıb.

"Prezident Emmanuel Makron düşünür ki, diplomatiyaya yer qalıb, gərginliyi azaltmağın yolu var”, onun köməkçisi deyib. O, Makronun bir neçə günə rusiyalı həmkarı Vladimir Putinlə danışacağını vurğulayıb.

Pentaqonun sözçüsü Con Körbi isə deyib ki, kəşfiyyat məlumatları rusiyalıların hazırda gərginliyi azaltmaq niyyəti olmadığını çox aydın göstərir. Körbi 8 min 500-dək ABŞ əsgərinin regiona yerləşdirilmək üçün hazır vəziyyətə gətirildiyini qeyd edib.

“Bu, NATO müttəfiqlərimizi əmin etmək deməkdir. Bu, cənab Putinə çox aydın mesaj verir ki, NATO öhdəliklərimizə ciddi yanaşırıq”, – Körbi vurğulayıb.

NATO hələlik, müxtəlif ölkələrdən 40 minlik Reaksiya Qüvvələrini səfərbər etməklə bağlı qərar verməyib. Bu qüvvələr 2014-cü ildə 20 minlik çevik reaksiya bölmələri ilə genişləndirilib. Körbi deyib ki, alyansa Reaksiya Qüvvələrindən istifadə qərarına gəlsə, Birləşmiş Ştatlar müxtəlif bölmələrlə ona töhfəsini verəcək.

Son günlərin gərginliyi qlobal bazarlarda sabitsizliyi gücləndirib. Rusiyanın əsas səhmləri ucuzlaşıb, rubl ucuzlaşdığından mərkəzi bank xarici valyuta alışını dayandırıb. Yanvarın 25-də səhər yen və ABŞ dollarının məzənnəsi yüksəlib.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2022-01-26 01:10:07

Ukrayna qurbanlıq quzu deyil ay rus başlar.O millət döyüşgən QOÇDUR.İnşallah az qalıb görərik bu rus k....i necə geri verəcəklər.

Eli 2022-01-25 22:33:55

Meqsed Rusiyanı çökdürmekdir,Ukrayna qurbanluq quzudur.Rusun kişiliyi göz qabağındadır:o heç vaxt özünden güclüye hürmez bilir ki ağzını cırarlar.

turan 2022-01-25 17:02:49

Amerika bankları rubl ilə ticarəti bu gündən dondurub

Son yazılar