“Hazırkı dövrün insanları əməksevər deyillər...” – DEPUTAT

"İnflyasiya və işsilik - bazar iqtisadiyyatının 2 bəlası var. Biri ilə mübarizə edirsən, o birisi baş qaldırır. O birisi ilə edirsən, bu baş qaldırır. Ona görə də, bazar iqtisadiyyatını biz tətbiq ediriksə, mövcud vəziyyət də budur".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri deputat Rüfət Quliyev “yenisabah.az” saytına müsahibəsində deyib.

Həftədə bir dəfə, 10 gündən bir alış-verişlə məşğul olduğunu deyən deputat, qiymətlərdən xəbərdar olduğunu bildirir: "Təbii ki, xəbərim var, mən kosmosda yaşamıram. Mən də qiymət artımlarını bilirəm. İndi bunun həlli yollarını məndən soruşacaqsınızsa, mən bunun həlli yolunu dəfələrlə demişəm, elə onillərdir deyirəm. İnflyasiya ilə tək dövlət bu formada mübarizə apara bilməyəcək. Bunun üçün bolluq yaranmalıdır. Bax, görürsünüz, yanvarın 18-də Baş nazirin yanında iclas keçirildi və 6 prinsip qoyuldu: “Anti-inflyasiyaya addımları”. Orada bir iqtisadçı kimi, mənim nə xoşuma gəldi? İqtisadiyyatın ümumi keyfiyyətini və kəmiyyətini artırmaq, hansı ki, bu daha çox kənd təsərrüfatına aiddir və dövlət öz tərəfindən şərait yaradır ki, daha çox kiçik faizli kreditləri, subsidiyaları qaldırmaq və s. Bilirsiniz, planlaşdırılıb ki, Qarabağda 100 min hektar torpaq istifadəyə verilsin. Bu bizə kömək olacaq. Həmçinin cənab Prezident Ukraynada olanda məlum oldu ki, orada yüz min hektarlarla torpaq icarəyə götürüləcək və Azərbaycan dövlət strukturlarını və ya ola bilər şəxsi strukturları bu işə qatsınlar. Yəni orada kənd təsərrüfatı və emalı ilə məşğul olacaqlar. O məhsullar isə sonda Azərbaycana gələcək. Yəni inflyasiya ilə tək bir formada mübarizə aparmaq olmaz".

R.Quliyev hazırkı dövrdə insanların çox da əməksevər olmadıqlarını vurğulayıb. Deputat qeyd edib ki, sovet dövründə rayonlarda hər kvadratmetr torpaq əkilirdi. "Bəs, bu günləri necədir? 100 kilometrlərlə gedirsən, yolun sağı və solu əkilmir. Mən Quliyev Rüfət Atakişi oğlu, uşaqlığımı daha çox Lənkəranda və Zaqatalada keçirmişəm. Yəni yay ayları gedirdim, hətta universitetdə oxuyanda da gedib qalırdım nənəm və babamla. Mən nə görürdüm? Gözümlə gördüyümü sizə danışıram. Bizim həyətdə, rəhmətlik babam mandarin, limon, kinkan, portağal və bu kimi subtropik məhsulları yetişdirirdi. Yadımdadır, o vaxtı babamla oturub danışırdıq. Bu, təqaüdə çıxan bir insan idi, dövlətdən pensiya alırdı və sovet vaxtı pensiyalar da çox pis deyildi, normal idi. Amma bu insan gündə ən azı 6-7 saat bağda işləyirdi. Sonra isə həmin məhsulları yığırdı, səhər saat 5-də bazara gedən alverçilərlə sövdələşirdi, onlar bu məshulu götürüb aparırdılar və axşam qayıdanda gətirib babamın pulunu verirdilər. Sovet vaxtı pulun dəyəri yadınızdadır. Mənim babam şəxsən mənə dedi ki, ildə 9-11 min sovet rublu əldə edir. Aya ortalama 1000 rubl. İndiki alıcılıq qabiliyyətini götürsək, təxminən aya 2500-3000 min manat edir. Bu günləri isə gedib görürəm ki, hər şey fərqlidir", - millət vəkili sözlərinə əlavə edib.

Rüfət Quliyev rüşvətxor məmurların həbs olunmasının bu problemi həll etməyəcəyi qənaətindədir: "Onları zindana qoysan da, problem tam həll olunmayacaq. Bunun hansı iqtisadi mexanizmləri var? Dövlət müəyyən qədər çalışır ki, bunun qarşısını alsın. Müəyyən tədbirlər keçirir. Digər ölkələrdə rüşvətə görə əl kəsirlər, baş kəsirlər, az qala güllələyirlər. Desək ki, Çində rüşvət yoxdur, güləcəklər. Niyə insanlar rüşvət verməyə, məmur da o rüşvəti götürməyə hazırdır? İnsanlar düşünməlidir ki, qanuni yolla həll olunan məsələ qanuni yolla da həll olunacaq. O gün baxıram ki, Bakı rayonlarının birində 7 ildir guya ev tikirlər, insanların evini vermirlər. Burada Kərəmi ağlamaq tutur... Korrupsiyanın kökü burdadır.

Əgər 60-70, lap 10 nəfər adam prokurorluq sisteminə müraciət edirsə, məhkəməyə müraciət etmirlər. İllərlə guya işlər gedir. Hakimlər də deyir ki, masamın üstündə 200 iş var, çatdıra bilmirəm. Niyə operativ müdaxilə etmirlər? Yoxlama aparın. İnsanlara cavab verin. İnsanlar gedib-gəlir. İcra hakimiyyəti də deyir ki, məşğul olacağıq. Bu insanlar ortada qalıb, 7-8 ildir evini ala bilmir. Pulunu da verib. Orada elədir ki, şəxsin evini söküblər, buna söz veriblər ki, iki ilin içində sənə ev verəcəyik. Hələ 20 faiz də artıq olacaq. Bu yalan vədləri verib, insanları niyə aldadırlar? Bunu kim araşdırmalıdır?..."

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2022-01-25 19:59:33

Bu sözü deyen oğlan qollarını çırmayın düşmelidir meydana ve xalqa nece zehmetkeş olmağın nümunesini göstermelidir.Bu adam 4-5 çağırışdır ki, Millet Vekilidir .Bir defe de olsun bu Milli Meclisde mesle qaldırıb ki,ay millet bizde yuz kilometrlerle(eslinde min hektarlarla) torpaq ekilmir gelin bı meseleni hell edek yoxsa Xalqı bele qeyri ciddi formada ittiham etmek Millet Vekiline yaraşan hereket deyil

Eli 2022-01-25 19:48:47

Eslinde bu deputatın meqdsedi Xalqı tenbellikde günahlandırmaq yıx hakimiyyeti menasız yere müdafie etmekdir , baxmayaeaq ki hakimiyyetin bınun müdafiesine ehtiyacı yoxdur.Bizim Millet vekilleri hamısı bu mövqededir:Milleti müdafie etmek lazım gelende asta,yuxarıları müdafie etmek lazım gelende ustadırlar,növbeye dururlar Milli Meclisde.

Eli 2022-01-25 18:55:28

Menim hörmetli deputata iki sualım var,eger semimi cavab verse deyerem ki o heqiqeten Millet Vekili ve Xalqın Elçisidir.Rüfet bey Siz deye bilersinşzmi ölkede korrupsiyanın başında kim ve kimler dayanır ve ölkede monopoliyanın başında kimler dayamır ve nizim Milli Meclisin meçe deputatı onlara bu işde kömek ve xidmet gösterir.Siz Xalqı tembellikde günahlandırmaqda sehve yol berirsiniz.Bir az haqlı ve ciddi olun.

Seçici 2022-01-25 18:40:42

Millət seçməyən,təyin olunmuş bu vəkilciyəzin ağzı isti yerdər. Ona görə bu və bunun kimilər ağızlarına gələni danışırlar

TT 2022-01-25 18:22:30

Utaniram senin yerine !!!! Ayibdiyeeee sen ne bilesenki, millet sôzû nedi ? ,,,,

Qasanaqa 2022-01-25 17:38:17

Səfniz var. Onda əməkə qiymət var idi, indi yox. . Onda insana hörmət vardı ,indi yox..kecmişdə qanunlar işləyirdi azda olsa. İndi məmurların və deputatlarların sözü işləyir.

Qafar 2022-01-25 17:17:59

Satici 10 saat işləyir gundə aya 300 manat alir bir vəya ıkı gun istirajət verir ayda,sizfə deyirsizki zəhmətkeş deyillər

Qafar 2022-01-25 17:15:04

Necə zəhmətkeş deyillərki agrofirmalar butun ginu tarlafa qadinlari işlədir 8 vəya 10 manat ginə pul verir

Watchman 2022-01-25 17:08:57

Saxtakarlıqla deputat kreslosunda oturub, üstəlik yüz fırıldaqla, ticarətlə pul qazanıb başqalarına tənbəl demək çox asandır.

Son yazılar