"Azərbaycanda pandemiya yaxın gələcəkdə bitəcək” - Səhiyyə Nazirliyi

“Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVID-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək: “Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.

635x100

Şərhlər

turan 2022-01-26 21:06:23

Guya bu şəxs deməsəydi biz bilmildik ki, pandemiya müəyyən dövrdən sonra bitəcək.

Son yazılar