“Gürcüstanın Azərbaycanla turizm sahəsində çox yaxşı əməkdaşlığı var. Azərbaycan bizim üçün strateji bazarlardan biridir”.
Bunları “Report”un yerli bürosuna açıqlamasında Tbilisidə Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş turların təqdimat mərasimində iştirak etmiş Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbər müavini Tamar Koriauli deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına qədər ölkələr arasında turizm sahəsində məhsuldar əməkdaşlıq olub: “Ümid edirəm ki, hər iki ölkədə pandemiya ilə bağlı vəziyyət sabitləşəcək, bu il və gələn il əməkdaşlığımız pandemiyadan öncəki dövrdə olduğu kimi daha fəal olacaq”.
Administrasiyanın nümayəndəsi qeyd edib ki, kombinə edilmiş turlarla Gürcüstan və Azərbaycanı beynəlxalq ziyarətçilər üçün daha cəlbedici etmək mümkün olacaq: “Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri ilə bu gün keçirdiyimiz görüşdə əməkdaşlığa dair müxtəlif mövzuları, ölkələrin potensialının düzgün istiqamətdə istifadəsi, Avropa və Asiya bazarları üçün regionun cəlbediciliyinin artırılması məsələlərini müzakirə etdik. Gələcək təşəbbüsləri planlaşdırmaq məqsədilə növbəti addım informasiya və təcrübə mübadiləsi olacaq”.


Şərhlər
Pandemiya sebebli dunyada 94% turizm dayanib. Movcud turizm fealiyyetinin 3% ni isguzar seferlerle yanasi turizm seferleri teskil edir. Turizm sahesinde hansisa yeniden fealiyyetin teskil edilmesi menfi neticelenecek. Rusiya-Ukrayna muhabribesi sonrasinda regionda turizm biznesi tam dayanacaq regionda sefer etmeyi varlilar basda olmaqla dunya vetendaslari ozlerini tehluke icinde hissedecekler. Odur ki turizme investisiya qoyulmasi ve inkisaf ideyalari en az 5-7 il ertelenmelidir. Gelin ozumuzu ve ictimaiyyeti aldatmayaq. Qizgin pandemiya zamani ve hazirda dovlet en cox musteqil sahibkarliq subyektlerine ve turizm sahesinde fealiyyet gosteren sirketlere ve mmc-lere maddi destek gosterdi ve bu bezileri ucun davam edir. Bu budce ucun cox boyuk yukdur. Bunu basa dusmek Nazirler Kabineti ve Maliyye nazirliyi ucun cetin olmamalidir. Ona gore de turizm agentliyi levg edilib medeniyyet nazirliyi tabeliyinde xidmet strukturuna donusturulmelidir. Ister struktur formalasdirmalari zamani isterse de ixtisarlar zamani bosa cixan emek qabiliyyetli isci quvvesi kend teserrufati sahesinde deyerlendirilmelidir. Tesla firmasinin sahibinin ve Bill Gates dediyi kimi yaxin 5 il erzinde dunyada boyuk erzaq qitligi yaranacaq. Ona gore hemin sexsler dunya olkelerinde torpaq icareleyirler milyon hektarlarla erazi kiraye gotururler. Celd ve cevik terpenmek lazimdir. Emlak Komitesi terefinden ozellesdirilen muessiseler fealiyyetsizdir. Iqtisadiyyat Nazirliyine verilen aqroprklar hele de fealiyyetsiz ve semeresizdir. Iqtisadiyyat nazirliyinin idareetme struktur fealiyyeti heddinden artiq sisib! Savadli ve seristeli sexsler vezifeye teyin edilmediyine gore strategiyalar effekt vermir. Agil, ideya, dusunce var lakin icra edecek heyata kecirecek musteqil etibarli savadli dinamik sexsler yoxdur. Eslinde var ama palciq altindadirlar uze cixaran yoxdur. McKinsey sirketinin olke ucun strateji tekliflerinin 90% semeresizdir cunki onlar muasir aletlerden istifade ederek strategiya hazirlayirlar lakin bizde ona cavab verecek texniki infrastruktur ve kadr potensiali yoxdur. Ona gore optimum yol secilerek enenevi inkisaf modeli mueyyen muddet tetbiq edilmelidir. Milli meclisdeki iqtisadcilarimiz muasir dusune bilerler lakin esas movcud problemi bilmediklerine gore hell teklifleri musbet tesir gostermir. Ve onlarin bir coxu biolojik omrunu savad cehetden tamamlayib. Derhal umum respublika uzre 3/3/3 illik kend teserrufati icra fealiyyeti hazirlanmalidir (saheleri uzre).